Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 11:54
Bakıda böyük supermarketdən çıxan tullantılar doqquzmərtəbəli yaşayış binasının qarşısına atılıb.
Nəticədə xoşagəlməz mənzərə yaranıb.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindən gedir.
Binanın həyəti zibil poliqonunu xatırladır.
Həmçinin supermarketə məhsul daşıyan yük avtomobilləri küçənin asfalt örtüyünü yararsız vəziyyətə salıb.
Sakinlər iddia edirlər ki, bununla bağlı dəfələrlə rayon icra hakimiyyətinə müraciət edilsə də, nəticəsi olmayıb.
Məsələ ilə bağlı marketin meneceri şifahi olaraq bildirib ki, obyektdə təmir işləri aparılır. Bununla bağlı tullantılar müvəqqəti olaraq binanın qarşısına yığılır, günün sonunda isə ərazi təmizlənir. Çəkiliş apardığımız müddətdə təmizlik işlərinə başlanıb.
Sakinlərin iddialarını cavablandıran Xətai RİH-in şöbə müdiri Pənah İmanov bildirib ki, sözügedən binanın həyətində abadlaşdırma işləri aparılacaq və yararsız vəziyyətə düşmüş asfalt örtüyü yenilənəcək. ''Bütün işlər qrafik üzrə həyata keçirilir. Həmin ərazidə yaxın günlərdə abadlaşdırma işlərinə start veriləcək'',- deyə o əlavə edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: