Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gözünü qırpmadan deyir ki, dördüncü evliliyimdir'' - Rasim Balayev

''Gözünü qırpmadan deyir ki, dördüncü evliliyimdir'' - Rasim Balayev

Tarix: 2 Iyul 2022 13:40

"İndiki gənclər sosial şəbəkədə yazışıb evlənirlər. Belə şey olar? Keçmişdə cütlüklər ailə qurarkən nəsil-nəcabətini yoxlayırdılar. Ona görə də boşanmaların sayı çoxalıb. Səbəb də soruşanda eyni sözü deyirlər, xasiyyətimiz tutmadı".

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "APA TV"yə müsahibəsində deyib. O, gənclərin boşanması barədə fikirlərini bildirib:

"O zamanki insanların istəkləri də az idi. Qız gəlin gedəndə bilirdi ki, oğlanın ata-anasına hörmətlə yanaşmalıdır. Bu gün elə deyil, indi aləm biri-birinə qarışıb. Əvvəllər məhəbbət var idi. O məhəbbət ailədəki çatışmazlıqları örtürdü. İndi bəzən hesabla ailə qururlar. Hətta müqavilə də bağlayırlar, ayrılanda 70 faizi sənin olacaq. Elələri var ki, gözünü qırpmadan 4-cü evliliyimdir deyir. Özü də 4 dəfə təmtəraqlı toy edir. Bu bizim nəslə çatmır. 

Cavanlığımda statistika açıqlanmışdı ki, Azərbaycanda boşanma sayı aşağı səviyyədədir. Qocalar evində yaşlı yox idi, kimin qocası var idisə, öz evində yaşayırdı".


Etiketlər:  Gözünü qırpmadan deyir dördüncü evliliyimdir Rasim Balayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ