Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

Tarix: 3 Iyul 2022 12:16

Novosibirsk Dövlət Universitetinin (NSU) kvant optik texnologiyaları laboratoriyasının rəhbəri, alim Dmitri Kolker xərçəng xəstəliyindən vəfat edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Mash Sibir" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, alim xərçəngin dördüncü mərhələsi üçün müalicə alırdı.

O, iyunun 30-da Kolker xəstəxanadan çıxarılaraq Moskvadakı Lefortovo istintaq təcridxanasına aparılıb. Bu gün yaxınlarına bildirilib ki, iyulun 2-də Dmitri Kolker xəstəxanada dünyasını dəyişib.

Bundan əvvəl Novosibirsk şəhərinin Sovet Rayon Məhkəməsi Dmitri Kolkeri dövlətə xəyanətdə ittiham edərək həbs edib. O, Çin kəşfiyyatına dövlətin məxfi məlumatlarını verməkdə ittiham olunub. 


Etiketlər:  gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ