Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2022 21:20
Ukrayna ordusu gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etmək məcburiyyətində qalıb.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, yaylım atəşli reaktiv sistemləri ilə Ukrayna ordusunun mövqelərinə atəş açıblar və hərbçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib.
Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Lisiçansk şəhərinin ələ keçirildiyini və Luqansk vilayətində nəzarətin tam ələ alındığını elan edib.