Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 13:44
Bakı. Elnur Bağışov - Trend:
İranda baş verən ağır qəzada ölənlərin sayı artıb.
Trend-in məlumatına görə, İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşması nəticəsində ölənlərin sayı 8-dən 13-ə çatıb. 18 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.
XXX
11:30
İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşub.
Trend-in məlumatına görə, bunu İranın Gülüstan vialyətinin Qonbəd-Kavus rayonunun qubernatoru Əbdülqədir Kərimi deyib.
Ə.Kəriminin sözlərinə görə, qəza nəticəsində mikroavtobus yanıb.
Kərimi əlavə edib ki, hadisədə 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Qubernator bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır.
Kərimi hadisənin yük maşının qarşı yola çıxması nəticəsində baş verdiyini deyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin