Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mühəndis faciəvi şəkildə öldü

Mühəndis faciəvi şəkildə öldü

Tarix: 4 Iyul 2022 10:08

Füzulidə mühəndisi elektrik cərəyanı vuraraq öldürüb.

Füzuli Rayon Prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, hadisə iyulun 3-ü saat 11 radələrində Qazaxlar kəndi ərazisində baş verib. 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən cərəyan vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Mühəndis faciəvi şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ