Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski şərt qoydu: Əgər Putin orda olsa...

Zelenski şərt qoydu: Əgər Putin orda olsa...

Tarix: 4 Iyul 2022 14:16

Ukrayna və bir neçə digər ölkələrin noyabrda keçiriləcək G20 sammitində iştirakı Rusiyanın orada olub-olmamasından asılı olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski bildirib.

"Bu yaxınlarda İndoneziya prezidenti Ukraynaya səfər etdi, biz bu məsələni müzakirə etdik. O, şəxsən mənə G20 toplantısına dəvətnamə təqdim etdi. Biz bu dəvətə görə minnətdarıq, lakin bizim orada iştirakımız Rusiyanın orada olub-olmayacağından asılıdır", - Zelenski bildirib.

O vurğulayıb ki, Ukraynanın sammitdə iştirakı həm də təhlükəsizlik şəraitindən asılı olacaq.

Qeyd edək ki, təzyiqlərə baxmayaraq, G20 sammitinə ev sahibliyi edəcək İndoneziya Rusiya liderinə dəvət göndərdiyini və bu dəvəti geri çəkməyəcəyini bildirib. Kreml isə iştirakla bağlı dəqiq qərar vermədiyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Zelenski şərt qoydu Əgər Putin orda olsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ