Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda binanın zirzəmisi su ilə dolub, ərazidə çətin vəziyyət yaranıb - VİDEO

Sumqayıtda binanın zirzəmisi su ilə dolub, ərazidə çətin vəziyyət yaranıb - VİDEO

Tarix: 4 Iyul 2022 15:00

Sumqayıtda yaşayış binasının zirzəmisinə 1 metrə qədər su yığılıb, üfunətdən isə ərazidən keçmək olmur.

Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, söhbət Sumqayıt şəhər 12-ci MK ünvanından gedir.

Bina sakinləri iddia edirlər ki, eyni vəziyyət 35 ildir davam edir. İldə bir dəfə aidiyyəti qurumlar gəlib baxış keçirir. Elə ki yay gəldi, zirəmidə olan çirkab, üfunət  ətarafı bürüyür. Dəfələrlə müracət etmələrinə baxmayaraq, onların şikayətinə baxan yoxdur.

Problemlə bağlı "Azərsu" ASC-nin Sumqayıt Sukanal idarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, 18 saylı binanın zirəmisində olan su kanalizaisya yox, qrunt sularıdır.

"Hər il orada eyni vəziyyət yaranır -qrunt suları yığılır. İki aydan bir nasos vasitəsilə yığılan qrunt suları kənarlaşdırılır. Hazırda həmin ərazidə nasos vasitəsilə zirzəmiyə yığılan qrunt sularının xaric edilməsi işləri davam edir",- deyə Sukanal idarəsindən bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Sumqayıtda binanın zirzəmisi ilə dolub ərazidə çətin vəziyyət yaranıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ