Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2022 15:32
Abşeron rayonunda yaşayan qadın 4 uşağı ilə birlikdə evini tərk etmək məcburiyyətində qalıb. Getməyə yerləri olmadığından onlar dünən gecə bir neçə saat Sumqayıtda parkların birində qalıblar. Daha sonra isə polis bölməsində gecələyiblər.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, qadın iddia edir ki, həyat yoldaşı tərəfindən dəfələrlə döyüldüyünə görə bu addımı atmaq məcburiyyətində qalıb.
Əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən qadın övladları ilə birlikdə bu gün Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Qadının sözlərinə görə, bir neçə dəfə həyat yoldaşını bağışlasa da, o aqressiv davranışlarından əl çəkməyib.
Qadın əlavə edib ki, hadisədən sonra həyat yoldaşı Sumqayıt şəhər 1-ci polis bölməsinə dəvət olunub və izahatı alınıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: