Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllimədən 13 yaşlı şagirdinə əxlaqsız hərəkət

Müəllimədən 13 yaşlı şagirdinə əxlaqsız hərəkət

Tarix: 4 Iyul 2022 19:14

ABŞ-da bir məktəb müəlliməsi internetdə şagirdi ilə cinsi mövzularda ünsiyyət qurmağa və onu öpməyə başladıqdan sonra həbsxanaya düşüb.

Sonxeber.net bildirir ki, bu haqda "Naughty Teacher List" xəbər verib.

41 yaşlı Reyçel L. Smit iyunun 21-də həbs edilib. Saxlanmaya səbəb Kentukki ştatının Boulinq Qrin şəhərindəki məktəblərdən birinin şagirdinin anasının şikayəti olub. Valideyn bildirib ki, təhsil müəssisəsinin əməkdaşı oğluna "nalayiq mesajlar" göndərir.

Araşdırma zamanı məlum olub ki, Smit başqa 13 yaşlı tələbə ilə onlayn əlaqə saxlayıb və onu evinə dəvət edib. İyunun 17-də dindirilmə zamanı müəllim yeniyetmə ilə öpüşdüyünü etiraf edib.

Smit uşaqla dəfələrlə ünsiyyətdə olmaqda və onunla cinsi əlaqədə olmaq istəyini ifadə etməkdə ittiham olunur. Uorren dairəsi polisinin məlumatına görə, qadın bir neçə azyaşlı ilə intim yazışmada olub.

Smit hazırda uşaqla cinsi əlaqədə olmaq, zorlamaq və elektron vasitələrlə yetkinlik yaşına çatmayanı təqib etmək ittihamı ilə həbsdədir.

İrfan Vəliyev


Etiketlər:  Müəllimədən yaşlı şagirdinə əxlaqsız hərəkət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ