Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

18 aylıq uşağını aclıqdan öldürən vegan ana qətldə günahlandırılır

18 aylıq uşağını aclıqdan öldürən vegan ana qətldə günahlandırılır

Tarix: 4 Iyul 2022 20:38

ABŞ-ın Florida ştatında 18 aylıq oğlunu aclıqdan öldürən vegan ana qətldə günahkar bilinib.

Milli.Az bildirir ki, "New York Post" qəzetinin yazdığına görə, qadını ömürlük həbs cəzası gözləyir.

Oğlan 2019-cu ilin sentyabrında dünyasını dəyişib. Onun çəkisi cəmi yeddi kiloqram idi ki, bu da normadan üç kiloqram azdır. Onun anası 39 yaşlı Şeyla O'Liri etiraf edib ki, o, uşağı vegan pəhrizə oturdub və ona yalnız çiy tərəvəz və meyvələr verib. Bundan əlavə, uşaq, ana südü ilə qidalanırdı. Ölümündən bir həftə əvvəl o, pis yatır və heç nə yemirdi. Yarılma nəticəsində məlum olub ki, oğlan qidalanmamaqdan yaranan ağırlaşmalardan ölüb.

İttiham tərəfi hesab edir ki, O'Liri və əri digər uşaqlarının da ehtiyaclarına məhəl qoymayıblar. Onlardan ikisində də qida çatışmazlığı əlamətləri müşahidə olunub, onlardan birinin bir neçə dişi əskik olub. Başqa bir atadan olan üçüncü uşaq, vaxtaşırı atasına baş çəkdiyi və yaxşı yediyi üçün ən sağlam olduğu ortaya çıxıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  aylıq uşağını aclıqdan öldürən vegan qətldə günahlandırılır


RƏYLƏR