Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Restoranda su sifariş verdilər və təəccübləndilər

Restoranda su sifariş verdilər və təəccübləndilər

Tarix: 5 Iyul 2022 05:32

ABŞ-da WowCoolFunnyHAHA ləqəbli "Reddit2 istifadəçisi Almaniyada bir restorana getdikdən sonra ailəsi ilə birlikdə xoşagəlməz halda təəccübləndikləri haqqında hekayə paylaşıblar.

Milli.Az bildirir ki, oğlanın dediyinə görə, o və qohumları sifariş etdikləri içməli suyun pullu olduğunu bilmirmişlər. Nəticədə, amerikalılar bunun üçün böyük bir məbləğ ödəməli olublar.

"Hazırda mən 20 qohumumla (əmioğlu və bacılarım, bibilərim və əmilərim və s.) Almaniyadayam və biz bu yaxınlarda Berlindən təxminən 20 kilometr aralıda kiçik bir alman şəhərciyində kiçik bir restoranda oturduq", - deyə amerikalı paylaşıb.

Gəncin sözlərinə görə, qohumlarının çoxu içki kimi restoranda su içməyə üstünlük verib. Demək olar ki, hamısı ən azı bir dəfə ofisiantlardan stəkanlarını doldurmağı xahiş ediblər. Lakin ailə hesabı istəyəndə məbləğ onlara kifayət qədər yüksək görünüb. WowCoolFunnyHAHA-nın yaxınları çeki diqqətlə araşdırıb və məlum olub ki, bir stəkan su 5 avroya başa gəlib.

"Tam rəzalət. Restorandan çox narazı çıxdıq", - deyə danışan gileylənib. Şərhlərdə oğlan sonda suya təxminən 150 avro ödəməli olduğunu bildirib. Yazı müəllifi onu da izah edib ki, sifariş verməzdən əvvəl o və ailəsi suyun qiymətini dəqiqləşdirməyiblər, çünki onlar suyun pulsuz olacağına qərar veriblər, onun sözlərinə görə, adətən Amerika müəssisələrində belə olur. "Və bu, hətta şüşə su deyildi, sadəcə kran suyu idi", - o deyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Restoranda su sifariş verdilər təəccübləndilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ