Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2 yaşlı Zəhra və minlərlə günahsız qurbanların qisası alındı - VİDEO

2 yaşlı Zəhra və minlərlə günahsız qurbanların qisası alındı - VİDEO

Tarix: 5 Iyul 2022 15:08

2017-cı ilin bu günü. Axşama doğru Füzulidən  bəd xəbər aldıq.  Məlumat verildi ki, Ermənistan silahlı qüvvələri Füzuli rayonun dinc insanların məskunlaşdığı Alxanlı kəndini atəşə tutub. Və 2 yaşlı Zəhra Quliyeva ilə nənəsi Sahibə Quliyeva qətlə yetirilib. Daha bir kənd sakini- Quliyeva Sərvinaz isə yaralanıb. Hər birimizi sarsıdan bu acı xəbər içimizdə düşmənə olan nifrəti növbəti dəfə artırdı. Cəmi 3 il keçdi aradan. 2020-ci il, 44 günlük müharibə ilə nənki 1-ci Qarabağ Müharibəsində qətlə yetirilən soydaşlarımızın, 30 il ərzində bizə yaşadılanların  qisasını aldıq. 

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki,Zəhranın 2 yaşı vardı düşmən gülləsinə tuş gələndə. "Arzuları ürəyində qaldı, sevdiklərinə doymadı" da deyə bilmirik . Çünki o hələ bunları belə başa düşəcək yaşda deyildi.  

Müharibənin nə olduğunu anlamadan ən balaca qurbana çevrildi bu qızcığaz. o gündən "Alxanlı" nın ən balaca şəhidi oldu. 

5 il öncəyə geri qayıdaq. "Alxanlı"da ağır bir gün yaşanır. Bütün kənd, sanki,  sükuta qərq olmuşdu. Bircə ah-nalə səsləri ucalırdı ... Üzlərdə kədər, gözlərdə yaş var idi,  düşmənə olan nifrət isə ürəklərdə  daha da böyümüşdü . Nənə çiyinlərdə, balaca Zəhra isə əmisinin qucağında son mənzilə yola salınırdı. O gün Elnur həm anasini, həm balasını eyni anda qəbrə qoyurdu... 

Cəmi 3 il keçdi bu anddan. 2020-ci il, 44 günlük vətən müharibəsində qəhrəman oğullar bütün ata, ana, övladların qisasını aldılar. Yaralarımıza məlhəm oldu Qarabağımız, başımızı dik etdi Azərbaycan ordusu, göz yaşlarımızı qurutdu şanlı qələbə.Və o gündən Zəhralar, Sahibələr də məzarında rahat uyudu. 

Bu gün biz qalib xalqın nümayəndələri kimi öz yolumuza qürurla davam edirik.

Milli.Az


Etiketlər:  2 yaşlı Zəhra minlərlə günahsız qurbanların qisası alındı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ