Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu rayonda benzin qıtlığı yaşanır - Sürücülər ''Aİ 92'' markalı benzin ala bilmirlər - VİDEO

Bu rayonda benzin qıtlığı yaşanır - Sürücülər ''Aİ 92'' markalı benzin ala bilmirlər - VİDEO

Tarix: 5 Iyul 2022 15:52

Tovuzda yanacaq qıtlığı yaşanır. Əksər yanacaq doldurma məntəqələrində Aİ-92 markalı benzin bitib. Artıq dünəndən rayon ərazisində sürücülər çətinliklə qarşılaşıb. Bənzər hal ismayıllıda da qeydə alınıb.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, sürücülər  "Aİ-92"  markalı benzin ala  bilmirlər.

Görüntülər Tovuz rayon yanacaqdoldurma məntəqələrindəndir. Çətinliklə üzləşən sürücülərə Aİ-95 markalı benzin təklif  edilir.

Yanacaqdoldurma məntəqələrinin operatorları da benzinin olmamasının səbəbini bilmirlər. Əksər sürücülər  məcbur olub 95 markalı benzindən istifadə edirlər.

Bənzər hal İsmayıllı rayonunda da yaşanır. Burada da eyni marka benzin tapmaqda sürücülər çətinlik çəkirlər.

Məsələyə münasibət bildirən "SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli Xəzər Xəbər-ə deyib ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur və bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir.

Milli.Az


Etiketlər:  rayonda benzin qıtlığı yaşanır Sürücülər markalı benzin bilmirlər VİDEO


RƏYLƏR