Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 19:25
Ötən həftə müğənni Aysun İsmayılova ilə həyat yoldaşı Eşqin Cəlilovun baş tutan toyu ətrafında söz-söhbət bitmir ki, bitmir.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, "Şourum" maqazin verilişi şou əhlinin cütlüyün toya saldıqları pulların məbləğini açıqlayıblar.
Müğənni Zemfira İbrahimova "Yəqin 500 manat civarında pul salacağam" deyə cavab verib.
Digər sənətçi Şəbnəm Tovuzlu "Həmkarım Zemfira kimi mən də Aysunun toyuna 500 manat pul salacağam" bildirib.
Son günlər adı Əməkdar artist Vasif Məhərrəmli ilə qalmaqalda hallanan müğənni Şəbnəm Qəhrəmanova isə 200 manat bəxşiş verəcəyini deyib.
Toyda şeirləri ilə aşiqləri təbrik edən şairə Nazilə Səfərli çıxışını toylarına salacaq pulla "barter" elədiyini dilə gətirib.
"Bu toydakı çıxışımı, komandanın ödənişinin hamısını Aysun ilə Eşqin cütlüyünə hədiyyə edirəm. Pulu isə Rəqsanənin iyulun 25-də Bakıda oğlunun kiçik toy məclisinə yazdıracağam".