Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 22:34
Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında maraqlı hadisə baş verib.
23-cü dəqiqədə meydana quş daxil olub. Bunu görən Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev topu oyuna daxil etməyib.
Təhlükəsizlik xidmətinin əməkdaşları quşu meydandan çıxardıqdan sonra görüş davam etdirilib.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.