Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nadir xəstəlik qadını canlı heykələ çevirib

Nadir xəstəlik qadını canlı heykələ çevirib

Tarix: 6 Iyul 2022 18:52

Nadir genetik xəstəlik ABŞ-ın Konnektikut ştatının sakinini bir növ canlı heykələ çevirib.

Sonxeber.net bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

29 yaşlı Jasmin Floyd birləşdirici toxumaların sümükləşməsinə səbəb olan fibrodisplaziyadan əziyyət çəkir. Xəstəlik onun hərəkət qabiliyyətinə təsir etməyə başladığı üçün o, son iki il ərzində yataq xəstəsi olub.

Xəstəlik amerikalıya beş yaşında olanda diaqnoz qoyulub, lakin əvvəlcə özünü demək olar ki, büruzə verməyib. İlk ciddi ağırlaşma 2019-cu ildə baş verib. Floyd təxminən bir il yarım xəstəxanada yatıb və o vaxtdan bəri onun həyatı tamamilə dəyişib. Səyahət edəcəyini, dostları ilə konsertlərə gedəcəyini və çölə çıxacağını xəyal edib, lakin xəstəlik onu belə imkanlardan məhrum edib.

Qadın indi yeriyə, otura və ya ayaq üstə dura bilmir və daimi ağrılar hiss edir. Günün çox hissəsini yataqda keçirir və yalnız bir neçə saat qalxır. Onun üçün hətta ən sadə gündəlik işlər də ciddi planlaşdırma tələb edir.

Müalicədən sonra Floyd yaxşılığa doğru dəyişikliyə ümid edirdi, lakin praktikada xəstəliyin inkişafı səngimədi. Qadın uzanmış həyat tərzi səbəbindən inkişaf edən venoz dermatitdən əziyyət çəkməyə başladı. Hərəkətsizlikdən amerikalının ayaqları bənövşəyi rəngə boyanır və çox ağrıyır.

Fibrodisplaziya birləşdirici toxuma, vətər, bağ və əzələlərin tədricən sümüklə əvəz olunduğu sağalmaz xəstəlikdir. Milyonda bir insana təsir edir. Dünyada 900-ə yaxın belə insan var. Fibrodisplaziyanın alovlanmasına müxtəlif amillər səbəb ola bilər, o cümlədən travma, yıxılma nəticəsində göyərmə, əzələ gərginliyi və yorğunluq. Fibrodisplaziyalı xəstələrin ömrü təxminən 56 ildir, lakin bu xəstələrin əksəriyyəti 30 yaşa qədər qismən və ya tam qayğıya ehtiyac duyur.

İrfan Vəliyev


Etiketlər:  Nadir xəstəlik qadını canlı heykələ çevirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ