Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadınları pul qarşılığında kişilərə satan Günel Əhmədovadan XƏBƏR VAR

Qadınları pul qarşılığında kişilərə satan Günel Əhmədovadan XƏBƏR VAR

Tarix: 7 Iyul 2022 03:32

Bakının Binəqədi rayonunda bir qrup qadını fahişəliyə cəlb etməkdə ittiham olunan Günel Əhmədovanın barəsində cinayət işi başlanıb.  

Sonxeber.net xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.  

Məlum olub ki, G.Əhmədova bir neçə qadınıN kişi müştərilərlə görüşməsini təşkil edib. Bunun müqabilində maddi gəlir əldə edib.  

Cinayət işi üzrə 3 qadın zərərçəkmiş şəxs qismində tanınıb. G.Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Aygün Qurbanovanın icraatına verilib.  

Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.  


Etiketlər:  Qadınları qarşılığında kişilərə satan Günel Əhmədovadan XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ