Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 08:04
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polis şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, Gülxar Quliyev spirtli içki aludəçisidir və mütəmadi olaraq şəhid qardaşı adına yaraşmayan hərəkətlərə yol verir:
"Sonuncu dəfə spirtli içkinin təsiri altında ictimai asayişi pozduğuna görə vətəndaşların müraciətinə əsasən polis şöbəsinə gətirilib. Barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun şəhid ailəsi olması nəzərə alınaraq sərbəst buraxılıb".
Bölmə rəisi qeyd edib ki, G.Quliyevin polis şöbəsində döyülməsinə gəldikdə isə bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir. Fotoda görünən xasarətləri sərxoş vəziyyətdə yıxılarkən alıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Vətən müharibəsində şəhid olan Vüqar Quliyevin qardaşı Gülxar Quliyevin Ağsuda polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.