Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 19:20
Böyük Britaniya baş naziri Boris Consonun yürütdüyü siyasətin nəyə gətirib çıxardığını Avropa dövlətlərinin liderləri düşünməlidir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Consonun istefası ilə bağlı açıqlamasında deyib.
"Dinc şəhərlərimizin - Belqorodun, Kurskın atəşə tutulmasının arxasında Boris Conson dayanır. İngilis subyektləri bunu bilməlidir. O, son ukraynalıya qədər Rusiyaya qarşı müharibənin əsas ideoloqlarından biridir", - Volodin bildirib.
Onun sözlərinə görə, Avropa dövlətlərinin liderləri belə bir siyasətin nəyə gətirib çıxaracağı barədə düşünməlidirlər.
"Təlxək gedir. Zelenskinin yaxın dostu və himayədarı, Böyük Britaniyanın baş naziri Boris Conson vəzifəsini tərk etmək məcburiyyətində qalıb. Bütün cəhdlərə və səylərə baxmayaraq, qala bilmədi", - Volodin vurğulayıb.