Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 20:18
Rusiyada İrkutskda polis oğulları ilə birlikdə anasını oğurlayıb, sonra işgəncə verib ki, qadın ona mənzilini vəsiyyət etsin.
Sonxeber.net bildirir ki, bu barədə "Babr Mash" Telegram kanalı məlumat yayıb.
Kişilər təqaüdçü Larisa Qulyakinanı nəvəsi Aleksandrla aptekdən qayıdarkən tutublar - oğlu Yuri və nəvələri qadını maşına sürükləyiblər, Aleksandr buna mane ola bilməyib. Bu zaman yaşlı qadının gəlini Natalya oğluna mənzilin sənədlərini verməsini tələb edib. Tezliklə qadını evə aparıblar, orada başına vurub, saçlarından dartıblar.
Gülyakinanın nəvəsi bildirib ki, təqaüdçünün bədənində sıyrıqlar və göyərmələr əmələ gəlib. Hadisədən sonra onlar polisə ərizə yazıb və prokurorluğa müraciət ediblər. Hazırda hüquq-mühafizə orqanları iş açmasa da, baş verənləri araşdırır.
İrfan Vəliyev