Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 04:38
47 yaşlı rusiyalı müğənni-bəstəkar Katya Lel dişlərinin yadplanetlilər tərəfindən oğurlanması hadisəsindən danışıb.
Sonxeber.net bildirir ki, o, bunu YouTube-da "Epic Fighting Championship" şousunda bildirib.
İfaçı yadplanetlilərlə görüşün onun 16 yaşında ikən baş tutduğunu deyib. O bildirib ki, bir dəfə ailəsi ilə mətbəxdə kofe içirdi. Lel və qohumları "yaşıl parıltı" gördülər, bundan sonra sənətçi dişlərini itirdi.
"Pəncərədən kənarda parıltı görəndə bütün dişlərim ağrısız və qansız yox oldu. Bacımın yaddaşını saxladılar, elə o mənə dedi ki, "ağzını aç, dişin yoxdur". Biz hər şeyi gördük, yaddaşımız silinmədi. Bu indi gülməlidir. Ancaq onda nə qan, nə də ağrı var idi: ətlə örtülmüş diş deşikləri, sanki ağzımda heç vaxt dişlər olmamışdı", - o deyib.
Ulduz əlavə edib ki, bir müddət sonra yadplanetlilərin kosmos gəmisinə minib və orada onların söhbətlərini dinləyib: "Və bir həftə sonra mən onların gəmisində oturdum, qəribə səslər eşitdim. Gəminin sürəti kəskin azaldılırdı, harada və kim olduğumu anlamırdım. Çünki onların gəmisində olduğumu o zaman anlasaydım, ürəyim partlayacaqdı..."
İrfan Vəliyev