Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 15:46
Daşınmaz əmlakını sığorta etdirmək istəməyən şəxs buna görə nəzərdə tutulan cəriməni, yəni 50 AZN-i ödəməklə məsuliyyətdən yayına bilməyəcək.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, hər 20 gündən bir bu barədə protokol tərtib ediləcək və şəxs 50 manat cərimələnəcək. Buna görə də hər 20 gündən bir cərimə ödəməkdənsə, həmin 50 manatı bir dəfə verib daşınmaz əmlakı sığorta etdirmək daha məqbuldur.
XəzərXəbər xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun Müştəri xidmətləri şöbəsinin rəisi Sadiq Mədətov deyib. O bildirib ki, yaşayış sahələrinin icbari sığortası ilə müqayisədə qeyri-yaşayış sahələrinin icbari sığortası sahəsində vəziyyət daha yaxşıdır.
Bu sektorda Fövqəladə Hallar Nazirliyinin məqsədyönlü işi nəticəsində obyektlərin sığortalaması faizi daha yüksəkdir. Eyni şeyi yaşayış sahələri ilə bağlı söyləmək mümkün deyil.
İcbari Sığorta Bürosunun Müştəri xidmətləri şöbəsinin rəisi Sadiq Mədətov bildirir ki, daşınmaz əmlakın icbari sığortasının gecikdirilməsinə görə cərimələrin az yazıldığını söyləmək olmaz: "Cərimələrin yazılmasının niyə yubandığını isə bu funksiyanı yerinə yetirməli olan qurumlardan soruşmaq lazımdır".