Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərnişin təyyarəsi hava limanında alışıb - VİDEO

Sərnişin təyyarəsi hava limanında alışıb - VİDEO

Tarix: 8 Iyul 2022 18:16

Britaniyanın "British Airways" aviaşirkətinin sərnişinləri hava limanına endikdən sonra mühərrikində baş verən yanğına görə təcili təxliyə edilib.

Sonxeber.net bildirir ki, hadisə videoya çəkilib, xəbəri "Express" nəşri yayıb.

Çərşənbə günü, iyulun 6-da Londondan Kopenhagen hava limanına uçan təyyarənin mühərriklərindən biri qəfil alışıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın sürətlə laynerin şassisinə keçib və dərhal qatı qara tüstü çıxıb.

"Məhz bundan sonra yanğınsöndürənlər və təcili yardım maşınları təyyarəni mühasirəyə alaraq üzərinə su tökməyə başlayıblar", - deyə turistlərdən biri baş verənləri təsvir edib.

Qeyd olunub ki, reysin bütün sərnişinləri və ekipaj üzvləri təhlükəsiz şəkildə təyyarədən çıxa biliblər. Buna baxmayaraq, yanğınsöndürənlər təyyarənin tamamilə təhlükəsiz olduğuna əmin olana qədər daha iki saat gözləməli oldular.

İrfan Vəliyev


Etiketlər:  Sərnişin təyyarəsi hava limanında alışıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ