Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 20:10
"Təhlükəsizlik və müdafiə sektorunun fəaliyyətini müxtəlif strukturlarda 1 milyona yaxın insan təmin edir. O cümlədən, Ukrayna Silahlı Qüvvələrində 700 min nəfər səfərbər olunub".
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə naziri Aleksiy Reznikov bildirib.
"Silahlı Qüvvələrdə 700 min, sərhəd xidmətində 60 minə qədər, Milli Qvardiyada 90 minə qədər, Milli Polisdə isə 100 minə qədər şəxs səfərbər olunub. Bu gün 1 milyondan çox hərbi geyimdə olan şəxs Ukrayna dövlətinin təhlükəsizliyi təmin edir və müdafiə sektorunda dayanır", - nazir qeyd edib.