Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bloqqer qızı "ədəbsiz" geyimə görə məhkəmədən qovdular

Bloqqer qızı

Tarix: 9 Iyul 2022 16:24

Avstraliyanın Pert şəhərindən olan bloqqer Rozi Zeppelin nalayiq geyiminə görə məhkəmə zalından çıxarıldığı haqda danışıb.

Milli.Az bildirir ki, müvafiq video istifadəçinin TikTok hesabında yerləşdirilib.

Yayımlanmış kadrlarda qız tünd qırmızı rəngli kostyumda, düymələri açılmamış pencəkdə təsvir olunub. Eyni zamanda qız gödəkçənin altında yalnız qara krujevalı büstqalter geyinmişdi. Bundan əlavə, onun obrazını qırmızı pomada və çiyninə tökülmüş saçlar tamamlayıb. Qızın dediyinə görə, o, münsiflər siyahısından çıxarılıb, çünki onlar bu obrazı yersiz hesab ediblər.

Digər sosial media istifadəçiləri Zeppelinin hekayəsinin doğruluğundan şübhələndilər. "De görüm, zarafat edirsən?", "Sən heç məhkəmənin əsas iştirakçısı da deyilsən. Ümid edirəm ki, bu, zarafatdır", - onlar yazıblar.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Bloqqer qızı ədəbsiz geyimə görə məhkəmədən qovdular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ