Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağdamda pasient xəstəxananın pəncərəsini sındırıb - FOTO

Ağdamda pasient xəstəxananın pəncərəsini  sındırıb - FOTO

Tarix: 9 Iyul 2022 23:42

Ağdamda xəstəxanaya gələn xəstə pəncərəsinin şüşəsini sındırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Mərkəzi Rayon Xəstəxanasının binasında baş verib. Xəstəxanadan verilən məlumata görə, pəncərənin şüşəsini sındıran rayon sakini 1993-cü il təvəllüdlü Əhmədli Aqil Naqil oğludur. Xəstəxanadan onu da bildiriblər ki, A.Əhmədli yaşadığı ünvana təcili tibbi yardım bölməsini çağırıb. Çağırış yerinə gedən təcilli tibbi yardım əməkdaşlarını görən A.Əhmədli onlarla mübahisə edib. Lakin təcili yardımın sürücüsü A.Əhmədlini Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirib. Xəstəxanaya çatdırılan A.Əhmədli xəstəxananın pəncərəsinin şüşəsini vurub sındırıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Ağdamda pasient xəstəxananın pəncərəsini sındırıb FOTO


RƏYLƏR