Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uğursuz şəkildə gözlərini qırpdı və bir ilə yaxın görmə qabiliyyətini itirdi

Uğursuz şəkildə gözlərini qırpdı və bir ilə yaxın görmə qabiliyyətini itirdi

Tarix: 11 Iyul 2022 17:08

İngiltərədə bir kişi uğursuz göz qırpmasından sonra təxminən bir il görmə qabiliyyətini itirib.

Milli.Az bildirir ki, bu barədə "Metro" məlumat yayıb.

Keçmiş mühasib, 67 yaşlı Robert Qrem adi bir iş günü görmə qabiliyyətini itirdiyini söyləyib. O, bir gün işə gedirdi, stansiyada qatardan düşüb idarəyə getdi. Parlaq günəş gözlərinə saçdı və o, gözlərini yumdu. Kişi daha sonra gözlərini açmağa çalışdı və bunu edə bilməyəcəyini başa düşüb dəhşətə gəldi.

Sonra Qrem əllərinin köməyi ilə göz qapaqlarını qaldırdı və yenə də işə başladı. Ofisdə vaxtının çoxunu gözlərini yumaraq, bəzən əlləri ilə açaraq keçirirdi. Çətinliklərə baxmayaraq, kişi ruhdan düşmədi və hər şeyin tezliklə keçəcəyinə inandı. İşdən sonra o, vaxtaşırı əlləri ilə göz qapaqlarını qaldıraraq yolun çox hissəsini onlara toxunaraq getdi.

Ertəsi gün səhər Qrem gözlərini aça bildi, lakin bir neçə saat sonra göz qapaqları yenidən bağlandı və o heç nə edə bilmədi. Həkim ona göz damcıları yazdı, amma müalicə kömək etmədi. Gözləri çətinliklə açılırdı və üstəlik, onlar sulanırdı, xüsusilə də parlaq işıqda. Göz qapaqları küləkdən də bağlanırdı və əllərin köməyi olmadan onları açmaq mümkün deyildi.

Qrem bir neçə ay göz qapaqları bağlı halda gəzməli olub. O, işıq dirəyinə çırpıldıqdan sonra yenidən həkimə getməyə qərar verib. Bu dəfə kişiyə blefarospazm diaqnozu qoyulub - bu, gözün dairəvi əzələsinin qeyri-ixtiyari daralması, göz qapaqlarının uzun müddət spazmodik bağlanmasına gətirib çıxarır. Spazm sulu gözlər və gözlərdə qum varmış kimi hisslərlə müşayiət oluna bilər.

Kişiyə göz əzələlərini rahatlaşdıran inyeksiya kursu təyin edilib. Bundan əlavə, hər iki-üç aydan bir Qrem göz qapaqlarına və göz ətrafına 15-16 botoks iynəsi vurmalıdır.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Uğursuz şəkildə gözlərini qırpdı bir ilə yaxın görmə qabiliyyətini itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ