Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ağılsız, savadsız…” - Xatirədən tənqidlərə cavab

“Ağılsız, savadsız…” - Xatirədən tənqidlərə cavab

Tarix: 11 Iyul 2022 17:55

Müğənni Xatirə İslam "Mercedes"in puluna bilet almışam, səs küyə baxın" ifadələrinə görə onu tənqid edənlərə cavab verib. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda instaqramda yazıb.

"Allah burada olan gözəlqəlbli insanları qorusun. Aramızda məsləhət verməyi sevən ağılsız, savadsız, dünya görüşü sıfırın altında olan və həyatını "qoyun" kimi yaşayanlar təəssüf ki, çoxdur.

Bu aqressiya isə yalnız sənət adamlarınadır. Həzmə kömək edən dərmanlar için, sakitləşdiricidən istifadə edin. Bu gündən şərh bölümünü bağlamağa qərar verdim" deyə, Xatirə paylaşımında yazıb.

Qeyd edək ki, ifaçı video paylaşaraq "Belə gəlmişik, səsə baxın. Qulaq asın... Daha nə deyim, özünüz bilirsiniz də. Biabırçılıqdır. Belə zülm olar? Bir "Mercedes"in pulunu verib bilet almışam" sözlərini söyləyib. 

Milli.Az


Etiketlər:  Ağılsız savadsız Xatirədən tənqidlərə cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ