Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bloomberg: “Aİ yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər”

Bloomberg: “Aİ yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər”

Tarix: 11 Iyul 2022 20:38

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif etməyi planlaşdırır.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşrin mənbələrinə görə, hazırda Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması mexanizmlərinin müzakirəsi hələ də davam edir və bu məsələ ilə bağlı qərarın yaxın vaxtlarda verilmə ehtimalı azdır.

Qeyd olunub ki, ittifaqa üzv bəzi ölkələr Rusiya qazına qarşı sanksiyaların genişləndirilməsində israrlıdır, lakin Aİ ölkələrinin böyük əksəriyyəti bu cür tədbirləri dəstəkləmir.


Etiketlər:  Bloomberg yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ