Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

8 minlik saat, ev, maşın... - Onlara edilən bahalı hədiyyələr

8 minlik saat, ev, maşın... - Onlara edilən bahalı hədiyyələr

Tarix: 12 Iyul 2022 04:35

"Şourum" verilişi sənət adamları arasında sorğu apararaq aldıqları bahalı hədiyyələri soruşub.

Milli.Az Axşam.az-a istinadən ifaçıların aldıqları hədiyyələri təqdim edir:

Amil Həsənoğlu:

"Maşınları sevirəm. İndiyənə qədər də nömrə qeydiyat nişanını alanda orda çıxır neçə maşında olub. 36 yaşımda 42 maşınım olub. Birinci maşınım "06" olub. Hazırda 42-cini sürürəm. İndiyənə kimi hər şeyi özüm özümə etmişəm".

Dilarə Kazımova:

"Ən bahalı hədiyyə itim idi. Dostlarım deyirdi 1 milyona satacaqsan. Amma dekabrda itib. 12 il yanımda oldu. 3 il sevgili olduğum oğlan bağışlamışdı".

Günay İbrahimli:

"Toydan sonra bir xanım saat bağışladı. Qiyməti 8 min manat idi. Bahalı brend idi".

Üzeyir Mehtizadə:

"Getdiyim xarici ölkələrdə çox təkliflər olub: ev, orada qalmağı. Qəbul edə bilmədim. Azərbaycan adından gedirəm hər yerə, buradan kənarda qala bilmirəm".

Fatimə Fətəliyeva:

"Özüm özümə etmişəm və edəcəyəm də".

Milli.Az


Etiketlər:  8 minlik saat ev maşın Onlara edilən bahalı hədiyyələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ