Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KİV: "Ermənistan XİN-in baş katibi istefaya göndərilə bilər"

KİV:

Tarix: 12 Iyul 2022 13:38

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) baş katibi istefaya göndərilə bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli "Hraparak" qəzeti yazıb.

Bildirilib ki, XİN başçısı Ararat Mirzoyan nazirliyin hazırkı baş katibi Boris Saakyanı tutduğu vəzifədən azad etmək niyyətindədir. İddiaya görə, onun yerinə nazirin qohumunun təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, qaydalara görə bu vəzifəni yalnız 10 illik diplomatik təcrübəsi olan mütəxəssislər tuta bilər.

Hakim "Mülki müqavilə" fraksiyasından olan deputat Vaqarşak Akopyan da "Diplomatik xidmət haqqında" qanuna dəyişiklik edilməsi haqqında layihə ilə çıxış edib. Dəyişikliklərə əsasən, bu vəzifə ilə bağlı diplomatik xidmət üçün tələb olunan staj həddinin 5 ilə endirilməsi təklif edilir.

Xatırladaq ki, Saakyan 2021-ci ilin iyulunda Vaaqn Melikyanın gedişindən sonra baş katib vəzifəsinə keçib.

Milli.Az


Etiketlər:  KİV Ermənistan XİN in baş katibi istefaya göndərilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ