Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 13:54
Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Luiş Naninin yeni iş yeri məlum olub.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, 35 yaşlı vinger karyerasını Avstraliya təmsilçisi "Melborn"da davam etirəcək. Onunla bir illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Nani "Mançester Yunayted"lə yanaşı, "Fənərbağça", "Sportinq","Valensiya" ,"Latsio", "Orlando Siti" və "Venesiya" formaları geyinib.