Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda avtobuslarda kondisioner işləmir - Səbəb nədir? - VİDEO

Sumqayıtda avtobuslarda kondisioner işləmir - Səbəb nədir? - VİDEO

Tarix: 12 Iyul 2022 16:02

Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarında kondisioner işləmir.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, avtobusların bəzilərində ümumiyyətlə kondisioner yoxdur, bəzilərində isə kondisioner olsa da, sürücülər onu qoşmurlar.

Məsələyə münasibət bildirən Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Soltan Əsədov kondisionerlərin işlədilməməsi ilə bağlı günahı sürücülərdə görür.

Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə isə, hazırda Sumqayıtda 206 ədəd müasir standartlara cavab verən avtobus var. Qeyd olunub ki, ictimai nəqliyyatda sakinlərin rahat şəraitdə getmələrini təmin etmək məqsədilə reydlər keçirilir. Kondisionerlərdən istifadə etməyən sürücülərə xəbərdarlıq olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Sumqayıtda avtobuslarda kondisioner işləmir Səbəb nədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ