Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 21:03
Ürək döyüntüləri kədər və sevinc kimi əhval-ruhiyyə ilə, çox çay və qəhvə istehlakı kimi vərdişlərlə bağlı ola bilər. Lakin xüsusilə 65 yaşdan sonra ürək döyüntüsü olan insanların müntəzəm elektrokardioqramma etdirmələri lazımdır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev deyib.
Normal ürək ritmi orta hesabla 60-100 arası olmalıdır. Döyüntü bundan yüksək olduqda bu, müəyyən xəstəliklərə işarədir.
Cabir Gülmalıyev ürəyin tez-tez döyünməsinin digər səbəblərini qeyd edib:
- Qanazlığı;
- Yüksək hərarət;
- Bəzi infeksiyalar;
- Ağciyər problemi;
- Mitral qapaq çatışmazlığı;
- Tireotoksikoz (zəhərli zob);
- Ürək əzələsi ilə əlaqədar problemlər;
- Ürək damarlarında tıxanma, daralma;
- Ürəyin fəaliyyətində yaranan problemlər.