Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Conni keçmiş həyat yoldaşını itə bənzətdi

Conni keçmiş həyat yoldaşını itə bənzətdi

Tarix: 12 Iyul 2022 21:28

Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşı, amerikalı aktrisa Ember Hördə qarşı məhkəmədə qazandıqdan sonra aktyorluqla yanaşı musiqi karyerasına da geri dönüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor gitaraçı Ceff Bek ilə birgə yeni albom yazıb. Maraqlı məqamlardan biri isə Conninin alboma Emberin adını çəkdiyi mahnıları daxil etməsi olub. Bildirlib ki, aktyor mahnılardan birində keçmiş həyat yoldaşını "it" adlandırıb.

Onun "Sad Motherf-kin Parade" mahnısının sözlərindəki "Yeddi ildir qaşınan it kimi oturursan" ifadəsi ilə Emberə işarə etdiyi bildirilir. Bununla da aktyorun 7 il əvvəl evli olduğu aktrisaya eyham vurduğu deyilir.

Bundan başqa " Bir sikkəm olsaydı belə sənin əlinə çatmazdı" sözləri ilə isə Conni pulunu keçmiş həyat yoldaşı ilə bölüşmək fikrində olmamasına işarə edir.

Qeyd edək ki, albom iyulun 15-də işıq üzü görəcək.

Milli.Az


Etiketlər:  Conni keçmiş həyat yoldaşını itə bənzətdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ