Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyanın baş naziri postuna 8 NAMİZƏD - Adlar AÇIQLANDI

Britaniyanın baş naziri postuna 8 NAMİZƏD -  Adlar AÇIQLANDI

Tarix: 12 Iyul 2022 23:08

Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri seçilmək üçün səkkiz namizəd qeydə alınıb.

Bu barədə çərşənbə axşamı parlament komitəsinin rəhbəri Qrem Bredi məlumat verib.

Partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizəd Mühafizəkarlar Partiyasındakı ən azı 20 həmkarının dəstəyini almalı idi. Ümumilikdə Britaniya parlamentinin İcmalar Palatasındakı Tori fraksiyasının 358 deputatı var.

İyulun 13-də keçirilməsi planlaşdırılan səsvermənin birinci turunda aşağıdakılar mübarizə aparacaq:

Keçmiş maliyyə naziri Rişi Sunak
Xarici İşlər Nazirliyinin rəhbəri Liz Trass
Ticarət nazirinin müavini Penni Mordont
Mliyyə naziri Nadim Zahavi
Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Ceremi Hant
Britaniya İcmalar Palatasının xarici əlaqələr komitəsinin rəhbəri, parlamentari Tom Tugendhat
İngiltərə və Uelsin baş prokuroru Sue-Ellen Braverman
Deputat Kemi Baydnock


Etiketlər:  Britaniyanın baş naziri postuna NAMİZƏD Adlar AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ