Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur sənətçiyə AĞIR İTKİ: ''Acımız çox böyükdür...''

Məşhur sənətçiyə AĞIR İTKİ: ''Acımız çox böyükdür...''

Tarix: 13 Iyul 2022 16:00

Türkiyənin məşhur türküçüsü Ceylanın bacısı Nalan Avcı vəfat edib. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə əvvəlcə müğənni Alişan sosial şəbəkə hesabında məlumat yayıb. Alişan başsağlığı verərək yazıb: 

"Allah səbr versin, Ceylanım... Başımız sağ olsun, məkanı cənnət olsun, İnşallah. Ceylanın bacısı Nalan Avcı rəhmətə getdi. Ailəsinə və sevənlərinə başsağlığı diləyirəm".

Ceylan özü də "Instagram" hesabının hekayə bölümündə bu barədə məlumat paylaşıb. O, ailəsi adından ağır xəbəri izləyicilərlə bölüşüb:

"Canımız, qiymətlimiz, bacımız - Nalan Avcı haqqın rəhmətinə qovuşdu. Acımız çox böyükdür... Cənazəsi bu gün Levent məscidindən qaldırılacaq və Kilyos məzarlığında dəfn ediləcək". 

Qeyd edək ki, Nalan Avcı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, dünən axşam saatlarında dünyasını dəyişib. 


Etiketlər:  Məşhur sənətçiyə AĞIR İTKİ Acımız çox böyükdür


RƏYLƏR