Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 17:50
"Qazi intiharları ölkənin üz qarası olmaqla, gəncliyin, millətin vətənpərvərlik duyğularına böyük zərbədir. Qazilərin sosial rifahı, onların psixoloji qayğıları kimlərin ixtiyarına verilibsə, hər bir intihar halı, problem onların məsuliyyəti və məsuliyyətsizliyidir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb. Sənətçi intihar edən qazi Elvin Cəfərovla bağlı fikirlərini bölüşüb. Murad sözlərini belə davam edib:
"Ən yaxşı, mərd, qiymətli oğullarımızı tanıdıq müharibədə və... Yazılanlara görə, 35-ci qazi intiharıdır. Bunu hara yazaq? Bu xəcaləti, rüsvayçılığı necə götürək, necə sığışdıraq mənliyimizə?
Bu oğulların psixolojisi, sosial durumu, müraciətlərinə diqqət çox çətindirmi? Nə istəyirdi ki, o sadə, kasıb ailələrin fədakar balaları? Nə tələb etdi ki, sizlərdən, üzdünüz, incitdiniz onları? Heyif...".
Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.