Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vezuvi fonunda selfi çəkdirərkən kraterə düşdü

Vezuvi fonunda selfi çəkdirərkən kraterə düşdü

Tarix: 13 Iyul 2022 18:08

Amerikalı turist İtaliyada sönmüş Vezuvi vulkanının fonunda selfi çəkdirmək istəyərkən kraterə düşüb.

Milli.Az bildirir ki, bu barədə "The Independent" yazır.

ABŞ-dan olan 23 yaşlı səyyah İtaliyada tətildə olarkən ailəsi ilə birlikdə Vezuvi dağına gedib - amerikalıların qadağan olunmuş marşrutla onun zirvəsinə çatdığı qeyd edilib. Hündürlükdə kişi Neapol şəhərinin panoraması fonunda yaddaqalan şəkil çəkdirmək qərarına gəlib və mobil telefonu əlindən düşüb.

Smartfonu götürmək üçün o, kraterə enməli olub, lakin turist müvazinətini itirərək yıxılıb və daha bir neçə metr yuvarlanıb. Şahidlər kömək çağırdılar - bir neçə bələdçi səyyahın yanına gəldi və ona ayağa qalxmağa kömək etdi.

Polis fövqəladə vəziyyətə müdaxilə edib, xilasedici helikopter də hazır vəziyyətə gətirilib. Turistin qollarında və kürəyində kəsiklər və göyərmələr əmələ gəlib. Bildirilib ki, hüquq-mühafizə orqanları onu və yaxınlarını ictimai əraziyə qanunsuz müdaxilədə ittiham edib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Vezuvi fonunda selfi çəkdirərkən kraterə düşdü


RƏYLƏR