Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 18:24
Əvvəllər müəssisədə uşaqların döyülməsi üçün ayrıca otağın olması barədə danışan, Çelyabinsk vilayətindəki internat məktəbində əlil uşaq ölüb.
Sonxeber.net bildirir ki, bu barədə "KP-Çelyabinsk" uşağın anasına istinadən xəbər verir.
Qadının sözlərinə görə, 16 yaşlı oğlu dəfələrlə şikayət edib ki, internat məktəbinin əməkdaşları yatmaqdan imtina edən şagirdləri xüsusi otaqda dəmir yataqlarda çarpayılara bağlayıb, dabanlarına dəyənəklə döyüblər. İyunun 22-də qadın, müəssisənin əməkdaşlarına belə bir cəzanın olmasından xəbərdar olduğunu bildirib. Qadını əmin ediblər ki, müdir iyulun 4-də məzuniyyətdən qayıdandan sonra vəziyyəti düzəldəcəklər.
İyulun 7-də axşam saatlarında anaya oğlunun ölümü barədə məlumat verilib. Onun sözlərinə görə, ölümün dəqiq səbəbi müəyyən edilməyib. Yarılmanın nəticələrinə görə, uşağın mədəsindəki maddələr ağciyərlərində olub. Ana onu da qeyd edib ki, iyunun sonunda oğlunu müalicə üçün Ufadakı psixiatriya klinikasına aparıb və orada həkimlər uşağın kürəyində qançırlar görüblər.
Oğlanın ölümündən bir müddət əvvəl qadın internat direktoru ilə görüş təşkil edib və bu görüş zamanı o, mərkəzin əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb etmək niyyətində olub. "Artıq iyulun 11-də oğlumu götürməyi düşünürdüm, çünki müdir mənimlə danışarkən dedi: "İşçilərimə bunu qadağan edirəm". İndi sizdən Saşanın ölümü, eləcə də uşaqlara qarşı zorakılıq faktı ilə bağlı cinayət işi başlatmağınızı xahiş edirəm", - qadın deyib.
Çelyabinsk vilayətinin Sosial Əlaqələr Nazirliyi nəşrə bildirib ki, onlar internatda daxili yoxlama aparacaqlar. Qurumdan onu da əmin ediblər ki, uşağın nəfəs almaması ilə bağlı şübhələr yaranan kimi ona ilkin tibbi yardım göstərilib.
Öz növbəsində, regional İstintaq Komitəsi yeniyetmənin ölümünün yoxlanılması barədə məlumat verdi. Müstəntiqlər oğlanın meyitində əlavə tibbi müayinə keçiriblər. İnternat məktəbinin kamera görüntülərinə də baxılır.
İrfan Vəliyev