Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 19:20
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə "YAŞAT" Fondu tərəfindən şəhid ailə üzvlərinin 4 min 456, itkin ailə üzvlərinin 7 və yaralıların 5 min 959 müraciəti olmaqla ümumilikdə 10 min 422 müraciət təmin edilib.
Bu barədə Sonxeber.net-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 179 və yaralıların 41 müraciəti olmaqla ümumilikdə 220 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 254 min 637 manat 99 qəpik vəsait qarşılanıb. 97 şəxsin təhsil haqqı Fond tərəfindən, 72 şəxsin isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən ödənilib.
Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 min 93 və yaralıların 4 min 670 müraciəti olmaqla ümumilikdə 9 min 763 müraciət təmin edilib.
Ümumilikdə 178 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib. Onlardan 172-si ağır yaralı, 6-sı isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 156-sı ölkəyə geri qayıdıb. Hazırda 21 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir.
İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 836, itkin ailə üzvlərinin 3 və yaralıların 1 183 müraciəti olmaqla ümumilikdə 2 min 22 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 min 926 manat 74 qəpik vəsait qarşılanıb.