Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail və Yunanıstandan “əzələ nümayişi” - Qırıcılar havaya qaldırıldı

İsrail və Yunanıstandan “əzələ nümayişi” - Qırıcılar havaya qaldırıldı

Tarix: 13 Iyul 2022 21:00

İsrail və Yunanıstan Hərbi Hava Qüvvələri birgə təlim keçiriblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, təlimlə bağlı İsrail Silahlı Qüvvələri məlumat verib.

Birgə təlimdə İsrail və Yunanıstan Hərbi Hava Qüvvələrinin müxtəlif, o cümlədən müasir döyüş ssenarilərinə qarşı məşqlərin icra olunduğu bildirilib.

İki ölkənin hava qüvvələri arasında təcrübə mübadiləsi üçün zəmin və fürsət kimi qeyd edilən təlimin İsrail və Yunanıstan arasında əməkdaşlığın və ortaq maraqların təşviqində mühüm nöqtə kimi qiymətləndirildiyi vurğulanıb.

Açıqlamada deyilib ki, təlimlər Yunanıstan və İsrail Hərbi Hava Qüvvələri üçün çətinliklər yaradan potensial əməliyyatlarla yanaşı, müxtəlif ssenarilər qarşısında döyüş hazırlığının artırılmasına da töhfə verir.

Təlimlərin Aralıq dənizi üzərində, İsrailin hava məkanında keçirildiyi bildirilib.

Milli.Az


Etiketlər:  İsrail Yunanıstandan əzələ nümayişi Qırıcılar havaya qaldırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ