Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcək

ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcək

Tarix: 22 Sentyabr 2019 23:16

Bakı, Trend:

ABŞ və Hindistan bu ilin noyabr ayında ilk dəfə birgə hərbi təlimlər keçirəcəklər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə Hyustonda Hindistan əsilli amerikalılar qarşısında çıxış edərkən söyləyib.

Donald Tramp bildirib: “ABŞ-da Kosmik qüvvələri yaratdıq. Kosmik əməkdaşlığı inkişaf etdirmək üçün Hindistanla sıx əməkdaşlıq edirik. Noyabr ayında ABŞ və Hindistan hərbi sahədə əhəmiyyətli irəliləyişlər göstərəcək və ilk hərbi təlimlər keçirəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ Hindistan birgə hərbi təlimlər keçirəcək


RƏYLƏR