Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Miki Rurk Conni Deppi dəstəklədi

Miki Rurk Conni Deppi dəstəklədi

Tarix: 14 Iyul 2022 14:40

Amerikalı aktyor Mikki Rurk həmkarı Conni Depə dəstək olub.

O, Depin başına gələnlərə görə təəssüf etdiyini bildirib və onun keçmiş həyat yoldaşı Amber Hördü acıgözlükdə ittiham edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rurk özünün də vaxtilə oxşar vəziyyətdə olduğunu bildirib.

Sənətçinin sözlərinə görə, o, uzun müddət öz reputasiyası üçün mübarizə aparıb və sonda hamı həqiqəti öyrənib. Rurk konkret olaraq nədən danışdığını açıqlamayıb.

Qeyd edək ki, iyunun 1-də Conni Depplə onun keçmiş həyat yoldaşı, aktrisa Ember Hörd arasında məhkəmə prosesi başa çatıb. Deppi məişət zorakılığında ittiham edən aktrisa andçıları öz dediklərinə inandıra bilməyib. Nəticədə məhkəmə Depin xeyrinə qərar çıxarıb.

Milli.Az


Etiketlər:  Miki Rurk Conni Deppi dəstəklədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ