Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Dammın oğlu azərbaycanlı qaynanasının doğum gününü belə təbrik etdi - FOTO

Van Dammın oğlu azərbaycanlı qaynanasının doğum gününü belə təbrik etdi - FOTO

Tarix: 14 Iyul 2022 19:30

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer pianoçu həyat yoldaşı Suada Hacızadənin anası ilə bağlı paylaşım edib.  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, qaynanasının fotosunu sosial şəbəkə hesabında yayımlayan Suadanın əri onu doğum günü münasibətilə təbrik edib.  

Kristofer paylaşıma "Ad günün mübarək, gözəl qaynanam. Bu gözəl gündən zövq alın" sözlərini yazıb.  

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.

Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Milli.Az


Etiketlər:  Van Dammın oğlu azərbaycanlı qaynanasının doğum gününü belə təbrik etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ