Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2022 16:44
2022-ci ilin birinci yarımilliyində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 31317 xidmət göstərilib. Bu xidmətlərin 12347-si "Xaçmaz KOB evi", 18970-i isə "Yevlax KOB evi" tərəfindən həyata keçirilib.
Göstərilən xidmətlərin 29750-si dövlət-biznes ("G2B"), 1567-si isə biznes-biznes ("B2B") xidmətləridir.
KOB evinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər.
Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir. Qeyd edək ki, Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi elektron sistem vasitəsilə, hər bir xidmət üzrə yerindəcə ölçülür.
Məlumat üçün bildirək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.