Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2022 18:08
ABŞ BMT xətti ilə Fələstinə 200 milyon dollar maliyyə yardımı ayıracaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla keçirdiyi mətbuat konfransında bildirib.
"Bu gün mən elan edirəm ki, ABŞ Fələstinə kömək etmək üçün BMT-nin müvafiq institutuna 200 milyon dollar maliyyə yardımı ayıracaq", - o deyib.
ABŞ Prezidenti həmçinin əlavə edib ki, fələstinlilərin səhiyyə xidməti üçün də ABŞ 100 milyon maliyyə yardımı ayıracaq.
"Mən prezident seçildikdən sonra sələfimin Fələstinlə bağlı siyasətini dəyişdim, yardımı bərpa etdim. 2021-ci ildə Fələstinin iqtisadi inkişafı və təhlükəsizliyinin təminatı üçün ABŞ yarım milyard dollardan çox maliyyə yardımı ayırdı. Pandemiya ilə mübarizə çərçivəsində 1 milyon doza peyvənd Qəzza və İordan çayının qərb sahilinə ianə edildi. Fələstinli qaçqınlara humanitar yardım üçün BMT-yə 400 milyon dollar maliyyə yardımı ayrıldı", - ABŞ prezidenti diqqətə çatdırıb.