Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Taxıl idxalından asılılığı aradan qaldırmaq üçün proqram hazırlanıb

İlham Əliyev: Taxıl idxalından asılılığı aradan qaldırmaq üçün proqram hazırlanıb

Tarix: 15 Iyul 2022 19:27

İlham Əliyev: Taxıl idxalından asılılığı aradan qaldırmaq üçün proqram hazırlanıb
Siyasət Materials 15 İyul 2022 19:21Taxılın idxalından asılılığı aradan qaldırmaq üçün proqram hazırlanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Dövlət başçısı bildirib: "Zəngilanda Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücəndirəcəkdir.

Bir sözlə, yenə də deyirəm, bu gün mən görülmüş işlərin kiçik hissəsini işıqlandırdım. Amma bu da kifayətdir hər kəs görsün ki, nəhəng işlər görürük və qarşıda duran bütün vəzifələri icra edəcəyik".


Etiketlər:  İlham Əliyev Taxıl idxalından asılılığı aradan qaldırmaq üçün proqram hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ