Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 08:09
Rusiya silahlı qüvvələri Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko öz Teleqramında məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın atəşi nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.
"Raketlər sənaye müəssisəsinə və onun yanındakı hərəkətli küçəyə düşüb. Rusiyanın bu hücumu 3 nəfərin həyatına son qoyub, daha 15 nəfər yaralanıb", - o yazıb.
O qeyd edib ki, dağıntının miqyası dəqiqləşdirilir.